Bəxtiyar Vahabzadə: DEPREM
(1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak olanların xatirəsinə)
Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.
Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.
Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə.
Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.
Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.
Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə.
Avqust 1999
Digər Xəbərlər
02 Oktyabr 2026 17:06
Əməyin dəyərindən istirahətin sevincinə – Nabran təəssüratları
01 Oktyabr 2026 18:29
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
01 Oktyabr 2026 10:00
Əbülfət Mədətoğlu: VARMI
01 Oktyabr 2026 09:23


Bakı -°C

