Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT
Beyləqan rayonunda bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.
Adalet.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.
Belə ki, F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ailələr arasında münasibətlər daha da pisləşib.
Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.
F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.
Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.
Hazırda istintaq davam edir.
Digər Xəbərlər
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30
Beynəlxalq axtarışda olan daha bir nəfər Azərbaycana gətirildi
25 Dekabr 2025 17:01
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirənləri saxladı - VİDEO
25 Dekabr 2025 15:26
“Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlandı - VİDEO
25 Dekabr 2025 12:34
Şirniyyat mağazası və ticarət mərkəzindən oğurluq edildi
25 Dekabr 2025 10:55
Narkotikin təsirində olan sürücü və sərnişinləri saxlanıldı - VİDEO
24 Dekabr 2025 10:17


Bakı -°C

