Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi - YENİLƏNİB
Beyləqan rayonunda kafedə güllələnən şəxslərin şəxsiyyəti müəyyənləşib.
Adalet.az xəbər verir ki, silahlı insident zamanı 1983-cü il təvəllüdlü Zamiq Fərzəliyev və 1988-ci il təvəllüdlü Natiq Məmmədov xəsarət alıblar.
Hər iki şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
***14:12
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.
Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
16 Sentyabr 2026 10:49


Bakı -°C

