Beynəkxalq Cinayət Məhkəməsi deyəsən çaşıb... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1131 | 2024-05-21 10:11

ABŞ Konqressinin spikeri Mayk Conson bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun həbs edilməsiylə bağlı order verilməsini təsdiq edərsə, Konqress onlara qarşı istənilən tədbirləri görməyə hazırdır.

 "Əgər onlar belə bir qərar verərlərsə, onda Konqress BCM-ni cəzəlandırmaq üçün sanksiyalar tədbiq edəcək və qurumun rəhbərliyi ağır nəticələrlə qarşılacaqlar.  BCM-nə, İsraili hədələmək imkanı  versək, növbəti hədəf bizim ölkənin rəhbərləri olacaqlar"-  deyə Conson bildirib.

Konqressin spikerinin fikirincə, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin və ABŞ-ın üzərində hökm edə bilməz. Conson beynəlxalq məhkəmənin prokurorunun qərarını "ligitimsiz və beynəkxalq qınağa"  layiq qərar kimi qymətləndirib. 

 Əlbətdə, ABŞ-a kimsə "gözünün üstündə qaşın var" deyə bilməz. Bütün bu beynəlxalq məhkəmələr, nə bilim beynəlxalq insan haqları təşkilatları və bütün digər "beynəlxalqlar" anlamalıdılar ki, onların mövcudluğu "Sem dayıdan" asılıdır. Bu "beynəlxalqlar"  yalnız ABŞ-ın icazə verdiyi ölkələrə qarşı hansısa qərarlar qəbul edə, qətnamələr çıxara, sanksiyalar tədbiq edə bilərlər. Yoxsa ABŞ-ın özünə qarşı yox da...

 Beynəlxalq Cinayət Məhkəməsi deyəsən özünü unudub, "dünyanın ağasının" razılığı olmadan, qurumun prokurorunun bəyənatı ilə, mayın 20-də İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoava Qalantın həbsinə order verilməsiylə bağlı məhkəməyə müraciət edib. Prokuror, siyasiləri Fələstin torpaqlarında insanlığa qarşı hərbi cinayət törətməkdə günahlandırıb. 

 Yəhudi dövlətinin prezidenti İsxaq Hersoq dünyanı BCM-nin bu addımını qınamağa çağırıb. Netanyahunun ofusi bunu "qanlı təyziq" kimi qiymətləndirib. "Eş atit" partiyasının qurucusu və birinci sədri Yair Lapid BCM-nin bəyənatını "faciə" adlandırıb, maliyyə naziri Besalel Smotriç məhkəməni nasistlərlə eyniləşdirib və antisemitizmdə günahlandlrıb. Və təbii ki, onların himayədarları - ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken də Beynəlxalq Cinayət Məhkəçəsinin bu qərarını qınayıblar.

  Beynəlxalq Cinayət Məhkəməsi isə, guya ədalətlərini nümayiş etdirmək məqsədiylə, "xala xətrin qalmasın" deyə, HƏMAS-ın üç lideri- Yəhya Sinvar, İbrahim Əl-Masri və İsmayil Xanii nin həbsiylə bağlı order verilməsini qərara alıb. Bu adamlar da, İsraildə və Fələstində insanlığa qarşı cinayət törətməkdə günahlandırılırlar. Hə, bax bu başqa məsələ, HƏMAS liderləri ilə bağlı belə bir qərar verməyə cəsarət etmək olar. Onlar onsuz da bu günədək gizləndikləri  yerlərdən çıxmırlar ki, həbsdən filandan qorxsunlar. Yoxsa ABŞ-ın "himayə etdiyi" adamlara "ilişmək" nə deməkdir...

  İndi yəqin ki, ABŞ konqressinin hərəkərindən sonra,  Beynəlxalq Cinayət Məhkəməsinin canına birə düşüb, vəziyyətdən çıxış yolları axtarırlar. Ya "tüpürdüklərini yalayacaqlar", ya da cəsarətləri varsa  "Sem dayı" ilə kəllə-kəlləyə gələcəklər... 

 

TƏQVİM / ARXİV