Beynəlxalq İQ Reyestrinin aparatı xarab olub: Heç bir icadı olmayan Ermənistan 9-cu, Azərbaycan 51-ci yerdə?
jpg-1736150983.jpg)
Dünya ölkələrinin İQ səviyyəsi ənənəvi olaraq növbəti dəfə müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq İQ Reyestrinin hesabatında yer alıb.
Məlum olub ki, intellektual səviyyəsi ən yüksək olan ölkə Çindir. İkinci yeri İran, üçüncü yeri isə Cənubi Koreya tutub.
Azərbaycan 51-ci sırada yer alıb.
Azərbaycanın qonşuları arasında Rusiya 6-cı, Gürcüstan 21-ci, Türkiyə 46-cı, Ermənistan 9-cu seçilib.
Tədqiqat 2024-cü ildə həmin saytda eyni testi keçən 1 393 066 nəfərin məlumatlarına əsaslanır.
Qeyd edək ki, ötən il - 2023-cü ildə ən yüksək İQ (intellekt) səviyyəsinə malik ölkələrin adları açıqlanmışdı. Birinci onluqda Yaponiya (106.48 İQ), Tayvan (106.47 İQ), Sinqapur (105.89 İQ), Honkonq (105.37 İQ), Çin (104.1 İQ), Cənubi Koreya (102.35 İQ), Belarus (101.6 İQ), Finlandiya (101.2 İQ), Lixtenşteyn (101.07 İQ)və Almaniya (100.74) yer almışdı
Siyahıda Azərbaycan orta 84.81 İQ-lə 83-cü yerdə, Türkiyə 86.8 İQ-lı 76-cı yerdə, Rusiya 96.29 İQ-lə 34-cü, İran 80.01 İQ-lə 114-cü yerdə idi. Son pillədə 42.99 İQ-lə Nepal qərarlaşmışdı.
P.S. Maraqlıdır , görəsən Ermənistan hansı elmi- texniki inqilabla Beynəlxalq İQ Reyestrinin hesabatında 9-cu yerə çıxıb? Yoxsa, bu da xristian təəssübkeşliyindən doğan bir nəticədir? Yaxud da, erməni lobbisinin uzun əllərinin yapışdığı növbəti üstünlükdür?
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Oktyabr 2025 12:40 Sabahın HAVASI
27 Oktyabr 2025 12:01 Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı
27 Oktyabr 2025 11:33 Bu rayonlara qar yağıb - Faktiki hava
27 Oktyabr 2025 10:15 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO
27 Oktyabr 2025 10:00 Soğan anbarlarda qalıb - Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO
27 Oktyabr 2025 09:55 

Bakı -°C 






