Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk mədəniyyətinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirir. Fondun növbəti layihəsi “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın nəşridir.
Adalet.az xəbər verir ki, kitabda Türk Dünyasının böyük mütəffəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin uşaqlar üçün müxtəlif illərdə işlənmiş variantları yer alıb. Abdulla Şaiq, Mir Cəlal, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə və digər görkəmli ədiblərin ərsəyə gətirdiyi bu nümunələr “Xəmsə”dəki yüksək insani xüsusiyyətlərin tərənnüm olunduğu tərbiyəvi əhəmiyyətə malik əsərləri uşaqlara daha anlaşıqlı şəkildə təqdim edir.
Nəşr layihəsin rəhbəri və kitabın ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Nəşrin redaktoru Fərid Hüseyn, məsləhətçisi Səlim Babullaoğludur.
Türk xalqlarının zəngin ədəbiyyat xəzinəsinə, musiqisinə, incəsənətinə töhfə vermiş dahi şəxsiyyətlərin dünya miqyasında tanıdılması yönündə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Nizami Gəncəvi irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyalara çatdırılması istiqamətində müxtəlif dillərdə kitablar nəşr etmiş, böyük mütəfəkkirə həsr olunmuş tədbirlər həyata keçirmişdir. Uşaqların ixtiyarına verilən bu kitab Türk Dünyasının milli-mənəvi dəyərlərini, eləcə də əcdadlarımızdan bizlərə miras qalan əxlaqi keyfiyyətləri müasir dövrdə yetişən yeni nəsillərə aşılamaq məqsədi daşıyır.
Qeyd edək ki, topluda Nizaminin “Sehirli üzük”, “İki rəssam”, “İlin fəsilləri”, “İsgəndər və çoban”, “Süleyman və əkinçi”, “Zalım padşah və qoca”, “Kərpickəsən qoca”, “Bülbül və qızılquş”, “Xeyir və Şər”, “Nurşirəvan və bayquşların söhbəti” və digər məşhur əsərləri yer almışdır.
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

