24 Iyul 2024 15:48
99
MƏMLƏKƏT

Bəzi bölgələrə leysan yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

İyulun 24-ü saat 15:30-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gəncə, Göygöl, Şabran, Qrız, Xınalıq, Şahdağ, Qusar (Laza), Xaçmaz, Göyçay, Balakən, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15:03-15:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsinə diametri 3 mm olan dolu düşüb.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda isə 19 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

***

0939

İyulun 24-ü saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.