adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Sentyabr 2022 17:47
1167
LAYİHƏ

Biləsuvarda əmək yarmarkası keçirilib - FOTOLAR

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Biləsuvar rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün Biləsuvarda əmək yarmarkası keçirilib.

Adalet.az-ın məlumatına görə, aktiv məşğulluq tədbirində 30 müəssisə iştirak edib. İşsiz və işaxtaran vətəndaşlara həmin müəssisələr tərəfindən 800-ə yaxın boş -vakant iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər mövcuddur. İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq müxtəlif sahələri əhatə edib. Əmək yarmarkasında 400 nəfər işsiz və ya işaxtaran qeydiyyatdan keçib.

Yarmarkada eyni zamanda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslərin peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılıb. Yarmarkadan sonra bu kateqoriyadan olan işsizlərlə müvafiq təminatlar aparılacaq. Əmək yarmarkasında ali və orta ixtisas tələb olunan 30 vakansiyada təqdim edilib. Yarmarkaya həmçinin gənclərin əmək karyerasına başlanması məqsədi ilə məsləhət xətti də fəaliyyət göstərib.

Qeyd edək ki, boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-1200 manat arasında dəyişir. Ən yüksək əməkhaqqı da regionun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı sahəsi üzrədir. Burada həmçinin mebel səanyesi, bank sektoru, satış sahəsi üzrə də iş yerləri təklif olunub.

Əmək yarmarkası gün boyu davam edib. Sonda Dövlət Məşğulluq Agentliyinin adından iş yerləri təklif edən müəssisələrə təşəkkürnamə təqdim edilib.