Binanın eyvanı uçdu, qadın dağıntı altında qaldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Digər Xəbərlər
10 Sentyabr 2026 19:21
Şəmkirdə istixanada YANĞIN - VİDEO
10 Sentyabr 2026 17:03
İmişlidə erkən nikahın qarşısı ALINDI
10 Sentyabr 2026 13:56
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
10 Sentyabr 2026 10:43
Xəzərdə zəlzələ oldu
10 Sentyabr 2026 10:01
Qaxda qəza, sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO
10 Sentyabr 2026 09:33
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
10 Sentyabr 2026 09:30
Şəkidə gənclər bədbəxt hadisədən öncə bu sənədi İMZALAYIBLAR
10 Sentyabr 2026 09:28


Bakı -°C

