Binədə evdə yanğın oldu - VİDEO
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Adalet.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100kv.m, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Digər Xəbərlər
07 Yanvar 2026 16:06
Qazaxda yanacaq daşıyan avtomobil partladı - Ölən var - VİDEO-YENİLƏNİB
07 Yanvar 2026 15:00
Cəbrayılda mina partladı - Xəsarət alan var
07 Yanvar 2026 12:21
“Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür...”
06 Yanvar 2026 20:41
Əməkdar müəllim vəfat etdi
06 Yanvar 2026 16:38
Evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO - VİDEO - YENİLƏNİB
06 Yanvar 2026 13:02
Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olundu
06 Yanvar 2026 12:28
Şəhid atası vəfat etdi – FOTO
05 Yanvar 2026 17:54


Bakı -°C

