Bir dəqiqəlik sükutun tarixi

Dünyasını dəyişmiş bir insanınxatirəsi və ya hansısa faciəvi hadisəyad ediləndə"bir dəqiqəlik sükut” elan eldilir.Hər kəs ayağa qalxır, əgər küçədə gediriksə dayanırıq, lal-dinməz, sükutlaanılan insanın xatirəsini yad edirik. Adətən bir dəqiqəlik sükut, bizimxatırladıqlarımızla bağlı kədərimizi, üzüntümüzü ifadə edir. Dəfələrlə müşahidə eləmişəm, birdəqiqəlik sükut elan olunan zaman sükut duruşunda dayananların sifətinə istər-istəməzkədər ifadəsi çökür. Bəzən bu sükut anında doluxsunanlar, içini çəkənlər olur.Sükut, insanı düşünməyə məcbur edir. Məsələn, xatırladığınız bir insan haqqında ən azından bir dəqiqədüşünmək imkanı yaranır.Yəqin ki, ömrümüz boyu dəfələrlə bir dəqiqəliksükut elan olunanda kədərlə ayaq üstə susmuşuq.Bəs bir dəqiqə sükut harda və necəyaranıb? Yəqin ki, çoxlarımız bu aktın mahiyyətini və mənasını bilmir.
İslam dinindən az-çox xəbərdar olduğum üçün qətiyyətlə deyə bilərəm ki, İslamda belə bir ayin yoxdur. İslama görə, dünyasınıdəyişən şəxsləri xatırlayarkən ruhuna "Qurani-Kərim” oxumaq, onun qəbir və cəhənnəməzabından qorunması üçün dua etmək yetərlidir. Bildiyim qədər islamdan əvvəlgöndərilmiş səmavi dinlərdən olan xristianlıqda da belə bir prosedur yoxdur.
Bu akt daha çox keçmiş postsovet ölkələrində məhşurdur. Ancaq ilk dəfə bir dəqiqəliksükutla yad edilmə prosesi Birinci Dünya Müharibəsində həlak olanların xatirəsiniyad etmək məqsədilə həyata keçirilib. 1918-ci ilin noyabrında həlak olanlar,1919-cu ilin həmin ayında, yəni həlak olmalarından bir il sonra xatırlanarkənbu üsulla yad edilib. İdeyanın müəllifləri, həlak olanları yad etmək üçün əvvəlcə"5 dəqiqəlik sükut” təklifini irəli sürülüb. Əvvəlcə aksiyaya qoşulanlar bu təklifiqəbul etsə də, sonradan "5 dəqiqəlik sükut” təklifi təşkilatçılar arasında narazılığa səbəb olub.Etiraz edənlər arasından bir nəfər daha ağıllı təkliflə çıxış edir; "The Times”qazetinin əməkdaşı, avstraliyalı jurnalist E. Corc Han 5 dəqiqəlik zaman kəsimininkifayət qədər böyük vaxt olduğunu və sükutun bir dəqiqəyə qədər azaldılmasını ideyasınıirəli sürür. Ancaq digər təşkilatçılar da, bir dəqiqənin az olması fikrini irəlisürür. Nəhayət ki, təşkilatçılar 2 dəqiqəlik sükut aktı həyata keçirməyəraqzılaşır. Eyni zamanda Birinci Dünya Müharibəsində həlak olanların anım tədbirindəqırmızı rəng də, həlak olanlarının axıdılan qanına görə hüzn rəngi elan olunur.Bu anım tədbirindən sonra hər il, Böyük Britvaniya, Kanada və Cənubi Afrikada11-ci ayın 11-ci günü saat 11-də Birinci Dünya Müharibəsində həlak olanlarınxatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bir sıra ölkələrdə dualar oxunduqdansonra, sükut elan edilir. Bəzən sükut zamanı həmin ölkələrin himni də səslənir.Yuxarıda qeyd etdiklərim bir dəqiqəliksükut haqqında tarixi faktlardır. Amma bəziləri, daha çox fanatik islamçılarbir dəqiqəlik sükutu yəhudi-mason ayini hesab edir.
Digər Xəbərlər

Kosmosdan gələn sərvət

İkibaşlı qartal - ikibaşlı söhbət

“Azərsun Holdinq” “Kaşalata” kafedə maarifləndirici təlim təşkil edib - FOTO

Eşşəklər arpa yeyir, atlar həstərlə saman

Bu itlərdən təlimlərdə istifadə edilə biləcək

Dünya 6 dəqiqə qaranlığa qərq olacaq - Unikal hadisə

500 milyard dollar sərvəti olan ilk insan kimi tarixə düşdü
