Bir qrup şəhid ailəsi Türkiyədə səfərdədir
Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub.
Bu barədə Adalet.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər.
Bundan başqa, şəhidlərimizin ailə üzvləri Kayseri şəhərinin görməli yerlərində olub, tarixi abidələri, Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.
Digər Xəbərlər
20 Iyun 2026 13:00
Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
20 Iyun 2026 12:57
Bu çağırışçıların çıxışına məhdudiyyət qoyula bilər
20 Iyun 2026 12:44
Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ
20 Iyun 2026 12:40


Bakı -°C

