Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi bu gün saat 18:00-da başa çatacaq.
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Həmçinin qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
Digər Xəbərlər
07 Sentyabr 2026 19:24
300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
07 Sentyabr 2026 11:54
“Oğlan tələbələrə buna görə kirayə mənzil verilmir...” – Təhsil eksperti
07 Sentyabr 2026 09:25
Bu müəllimlərin maaşı arta bilər
05 Sentyabr 2026 17:15


Bakı -°C

