Tələbələr üçün mənzil kirayəsinin qiyməti bahalaşdı - VİDEO
Bölgələrdə kirayə bazarında qiymətlər cib yandırır. Yeni dərs ili öncəsi Gəncənin əmlak bazarında da canlanma müşahidə olunur. Tələbələrin kirayə mənzil axtarışına başlaması bu sahədə tələbatı artırıb.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, rieltorların sözlərinə görə, şəhərdə kirayə mənzil raxtaran oğlan tələbələr ev tapmaqda qız tələbələrlə müqayisədə daha çox çətinlik çəkirlər.
Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə bir universitet və iki kollec fəaliyyət göstərdiyindən, müxtəlif bölgələrdən bura üz tutan tələbələrin sayı da ilbəil artır. Hazırda tələbələr əsasən təhsil aldıqları müəssisələrə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. qiymətlərdə isə artım var.
Mingəçevirdə də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rieltorların sözlərinə görə, mənzil sahibləri evin səliqəli saxlanılması baxımından qız tələbələrə üstünlük verirlər. Onların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il bu məbləğ 100 manata yüksəlib.
Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltor bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.
Digər Xəbərlər
03 Sentyabr 2026 10:37
Bakıdakı məktəblər dezinfeksiya edilir
03 Sentyabr 2026 10:12
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
02 Sentyabr 2026 16:22
DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
02 Sentyabr 2026 10:49
I sinfə elektron qəbul sabah başa çatacaq
31 Avqust 2026 18:12
Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı
31 Avqust 2026 14:06
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
31 Avqust 2026 11:00
BANM “TEKNOFEST 2026”nın final mərhələsinə vəsiqə qazandı
31 Avqust 2026 09:47


Bakı -°C

