Birol Akgün: Azərbaycan və Ermənistan arasında sülhün təmini dünyaya böyük fayda verər

Azərbaycan və Ermənistan arasında sülhün təmini bütün dünyaya böyük fayda verər.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri prof. Birol Akgün Xəzər Universitetində “Texnogologiya geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.
Onun sözlərinə görə, Türkiyə işğaldan azad edilən ərazilərin yenidən qurulması və bərpası işlərində strateji rol oynayır:
"Türkiyə Azərbaycanla qardaşlıq münasibətlərini dərinləşdirməyə davam edəcək".
Diplomat Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə də toxunub:
"Bölgədə sülhün təsis edilməsi təkcə region ölkələrinə yox, həm də bütün dünyaya böyük fayda verər".
B.Akgün Türkiyənin xüsusilə sənaye sahəsində yerli istehsala söykənən addımları, pilotsuz uçuş aparatları müharibə doktrinalarında dönüş yaradıb və ölkəyə yeni strateji üstünlük pəncərəsi açıb:
"Bu, Türkiyəyə sadəcə milli təhlükəsizlik baxımından deyil, həm də dost və müttəfiq ölkələrlə münasibətləri dərinləşdirmək baxımından önəmlidir. Bu kontekstdə Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan ortaq müdafiə və enerji siyasətləri ilə daha təsirli bir münasibətə sahibdirlər".
Digər Xəbərlər

BBC-nin bağlanması ilə bağlı XİN-dən AÇIQLAMA

Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib

Uydurma "artsax"ın 37-ci ildönümündə ermənilərə SÜRPRİZ
