Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib

20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.
Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.
Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib.
Digər Xəbərlər

Avropanı gözləyən təhlükə: Avropa ordusu yaranacaq, NATO... - Səxavət Məmməd yazır

Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

BBC-nin bağlanması ilə bağlı XİN-dən AÇIQLAMA

Uydurma "artsax"ın 37-ci ildönümündə ermənilərə SÜRPRİZ

İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi

Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşüb

Bakıda APA-nın büdcəsi qəbul olundu
