Biz müharibəyə hazırlaşmalıyıq - NATO-nun baş katibi
NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa səsləyib.
Adalet.az xəbər verir ki, o, bu fikirləri Almaniyanın "Bild" qəzetinə verdiyi müsahibəsində bildirib.
Rutte Almaniyanı hərbi və müdafiə sənayesinə daha çox sərmayə yatırmağa və istehsalı genişləndirməyə çağırıb. O qeyd edib ki, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrinin gündəmində olacaq.
"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - deyə Rutte vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl amerikalı jurnalist Taker Karlson NATO-nun aktuallığını itirdiyini iddia etmişdi.