02 Fevral 2025 18:48
81
DÜNYA

Qəzzaya dəyən zərərin məbləği açıqlandı

2023-cü ilin oktyabrın bəri davam edən hərbi əməliyyatlar nəticəsində Qəzzaya dəyən zərərin həcmi 50 milyard dollardan çoxdur.

Adalet.az xəbər verir ki, bu barədə Qəzzanın rəsmi qurumları məlumat yayıb.

Qəzza rəsmiləri bildirirlər ki, anklavın sakinləri təkcə yaşayış binalarını deyil, həm də tibb müəssisələrini, məktəb və universitetləri, həmçinin dini obyektləri və fələstinliləri əsas kommunal xidmətlərlə təmin edən sistemləri yenidən qurmalı olacaqlar.