adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Avqust 2022 16:02
1959
MÜSAHİBƏ

  "Biz səs salmışıq, insanlar səsimizə səs veriblər..." - MÜSAHİBƏ

Xeyirxahlıq və nəcib işlər görmək insanın bəlkə də həyatında ən önəmli missiyalarından birincisidir. Bu dəfə xeyriyyəçilik və xeyirxah işlərdən danışacağıq. Adalet.az saytının bu dəfəki qonağı  "Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti " - nin rəhbəri, Nigar Bayramlıdır.

- Lütfən özünüz barədə bir az oxucularımıza məlumat verəsiniz! Nigar Bayramlı kimdir?

   - Nigar Bayramlı dünyanın ən möhtəşəm ölkəsi olan Azərbaycan vətandaşı, ailəsini və dostlarını sevən, cəmiyyət üçün yaşayan, uşaqlar üçün ürəyi döyünən bir adamdır.  Gəncə şəhərində anadan olmuşam, Bakı şəhərində təhsil almışam və artıq 13 ildir ki, sosial lahiyələr icra edirəm.

   - İstərdim ki, hazırda idarə etdiyiniz Xeyriyyə cəmiyyətinin yaranma səbəblərindən və bu sahədə ümumi fəaliyyətinizdən danışasınız!

   - İllər əvvəl "Güvən" fərqli bir adla yalnız facebook səhifəsi üzərində kiçik bir qrup şəkilində yaranmışdı. Mənim o illər heç ağlıma gəlməzd ki, bu böyüyüb böyük bir cəmiyyət olacaq və ən əsası hər gün cəmiyyətə fayda gətirəcəkdir.

    Uşaq vaxtlarımda atam bizi qardaşımla Gəncə şəhərində yerləşən qocalar evinə aparmasını tez - tez xatırlayıram. Amma 13 il bundan əvvəl mənim heç bir xeyriyyə yarmarkaları barədə məlumatım yox idi. Beləliklə mənim üçün hər şey ilk dəfə dəvət olduğum xeyriyyə yarmarkasından başladı.

İlk dəfə Fazil adında bir dostumuzla, ehtiyaclı ailələrə yardım aparanda mən artıq nə istəyirəm və nəylə məşqul olacağımı anladım. Düzdü, yenə təkrarlıyıram o illər ağlıma belə gəlməzdi ki,  fəaliyyətim bu qədər genişlənəcək. Əsas fəaliyyətimiz, əlliliyi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işlərdi. Onların asudə vaxtı, cəmiyyətə inteqrasiyasıdır. Bundan başqa digər ictimai birliklər və xeyriyyə cəmiyyətləri ilə də əməkdaşlıq edirik. Onlar da xüsusi qayğıya ehtiyac duyan uşaqlarla işləyirlər. Bizim də əsas məqsədimiz belə uşaqlara dəstək olmaqdır. Bundan əlavə biz xeyli sayda aztəminatlı ailələrə ev təmir etmişik, rayonlarımızda yerləşən məktəb, reabilitasiya mərkəzi, uşaq bağçalarının restavrasiyasında dəstək olmuşuq. Və bunların hamısı vətandaşlarımızın birliyi nəticəsində icra olunub. Biz səs salmışıq, insanlar səsimizə səs veriblər. Xeyriyyə cəmiyyətimizin ən əsas mövqeyi ölkəmizə faydalı olmaq və uşaqların sevincinə səbəb olmaqdır. Çünki, bir xoşbəxt uşaq gələcəkdə iki və daha çox uşağın xoşbəxt olmağına səbəb olur. Mən buna  inanıram. Xeyirxahlıq zəncirvari olan bir anlayışdır.. Biz bu gün bir insana yardım ediriksə, gələcəkdə  o da  başqalarına yardım edir. Əsas yaddaşlarda yaxşı əməllərlə  qalmaqdı. Uşaq yaddaşı, uşaq qəlbi  isə dünyanın ən təmiz yeridi.

    - Xeyriyyəçilik birmənalı olaraq müsbət sözsüz ki, xoş əməldir. Təcrübənizdə nə kimi çətinliklər və hansı psixoloji məqamlarla rastlaşmısınız?

    - Təbii ki, hər uğurlu yol eniş və yoxuşludur. Mən heç bu məqamlara toxunmaq istəməzdim, amma mənim üçün ən travmalı məqam niyə sualıdı. Günü bu gün də o sual verilir sənin marağın nədir?  bu qədər avtomobillə yol sürürsən, niyə bunları edirsən?  Sadəcə mən həmişə düşünmüşəm ki, insanlara mən və ya digər birisi  obirsi kömək etməyəcəksə bəs kim edəcək? Mənə heç kəs demir ki, səhər sübhdən yola çıx, bir gündə iki-üç rayona get. Bu mənim şəxsi istəyim və arzumdu. İllər öncə daha çox çətinliklərə rast gəlirdim. Hansısa icra etdiyim lahiyələri özələşdirən şəxslər tərəfindən, dost bildiyim insanlar tərəfindən işlərimizin adını çirkləndirməsinə və bunun kimi çox mürəkkəb və qeyri - insani hallarla rastlaşırdım. Məsələn heç vaxt unutmadığım bir nənə var idi. Ona geyim yardım edəndə, qayda əsasında hər kəsə bir neçə ədəd götürməyə icazə var idi. Lakin nənə məni polis idarəsinə şikayyət etmişdi.Burada psixoloji məqamlar həddən artıqdır. Bəzən də düşünürəm ki, yarananan bəzi problemlər, bəlkə də təcrübəsizliyimdən olub. Mən o zamanlar bilmirdim ki, bu xeyriyyə cəmiyyəti, asanlıqla qurulmayacaq. Amma bu gün mən yox, daha çox "Güvən xeyrliyyə cəmiyyəti"adı tanınırsa bu mənim üçün ən böyük uğurdu. Vaxtı ilə məni loru dillə desək öz reklamımı apardığımda bəziləri məni tənqid edirdilər. Mənim üçün  mənim adım yox, "Güvən" - nin adı öndə olduğu üçün sevinirəm. Demək ki, biz düz yoldayıq və həqiqətən addımlarımız cəmiyyət və xeyieərxahlıq yolundadır.

   - Fəaliyyət istiqamətiniz adətən əhalinin hansı kateqoriyalarını əhatə edir?

   - Yuxarda qeyd etdiyim kimi bizim əsas fəaliyyətimiz əsasən xüsusi qayğıya eytiyacı olan uşaqlar və böyüklərdi. Bizim üçün ən əsas əlilliyi olan uşaqlarla işlərdi. 2021-  ci ildə Gəncə şəhərində əlilliyi olan uşaqlara "Moda Ol" lahiyəsini icra etdik. Uşaqlar əsil dəb gecəsi nümayiş etdilər və onların sanki heç bir əngəli yox idi. Əngəl beyində yaranan bir şeydi, sağlam insanın əngəli daha çoxdu, nəyinki fiziki əngəli olan insnların. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar çox ağıllı, istedadlı, sevgidolu, hissiyyatlı və ən əsas çox mehribandılar. Mən bizim anlardan, atalardan xahiş edirəm ki, əngəlli  uşaqlarına xəstə deyib cəmiyyətdən kənar tutmasınlar. Onlardan xahiş edirəm ki, bütün var gücləri ilə uşaqlarınızı inkişaf etdirin. Onların heç kəsdən geri deyillər.

    - İllərdir bu sahədə təcrübəsi olan bir şəxs kimi gələcəkdə bu sahədə nə kimi yeni layihələr və yeniliklər planlayırsınız?

   - Ən böyük arzum "Güvən"i illərdi bizə yardım edən şəxslərin iştirakı ilə rebrendinq gecəsində toplamaqdı. Mən "Güvən"in yaradılış gününü öz doğum tariximlə  29 oktyabr tarixi ilə bir hesab edirəm. Və bu il "Güvən" üçün yeni bir səhifə açmağı arzu edirəm. Daha çox uşağa çatmaq üçün, daha çox gəncə faydalı olmaq üçün. Böyük komanda toplamaq və daha böyük və ən əsası illərdi öz faydasını gətirən işlər görməyi davam etməyi planlayıram.

    - Sonda oxucularımıza və cəmiyyətimizə nəsə demək istədikləriniz varmı?

   - İlk öncə sizə və saytınıza diqqətiniz üçün  təşəkkür edirəm  İstərdim ki, ümumiyətlə “kimsəsiz”, “yetim” və bu kimi sözlərdən istifadə edilməsin. Çünki uşaqların həssas qəlblərinə toxunur.

  Arzu edirəm ki, cəmiyyətimizdə birmənalı şəkildə özgə uşağı anlayışı olmasın. Vətənimizə ən kiçik addımla xidmət etmək gücündəsinizsə bunu edin.

Azərbaycanımızı sevək və qoruyaq. Hər kəsə bol-bol sevgilər və uğurlar!

 

SÖHBƏTLƏŞDİ: BÜNYAMİN BÜNYADZADƏ