Bizdən nə desən gözləmək olar... - Aqşin Yenisey yazır
IV əsrdə Yunanıstanda Şəhər (Polis) həyatı çökdü. İnsanlar mənəvi təkliyə sürükləndilər. Bu mənəvi təklənmə nəticəsində ədəbiyyatda bioqrafiya, heykəltaraşlıqda portret janrı yarandı.
Yəni sosial həyat şərtlərinin dəyişməsi mədəniyyətdə də dəyişikliklərə səbəb oldu.
Bəs bizdə niyə sosial həyatımızda baş verən dəyişikliklər mədəniyyətimizdə hiss olunmur? Yeni şərtlərə uyğun yeni heç bir yaradıcılıq hadisəsi ortaya çıxmır?
Çünki bizim sosial həyatın içində mədəniyyətə yer yoxdur. Mədəniyyət hadisəsi monastr, məbəd kimi sosial həyatımızın həmişə kənarındadır. Biz onunla yalnız onu ziyarət edəndən-edənə təmasa giririk. Bir növ, Həccə gedib qayıdıb öz əməllərinə qaldığı yerdən başlayan bir müsəlman kimi.
Həcc ziyarəti bizim sosial həyatımızda hansısa dəyişikliyə, yeniliyə səbəb olurmu? Xeyr! Niyə? Çünki Həcc, Quran və s. kimi müqəddəs mərtəbələr sosial həyatımızın kənarıdır. Kimi onları kirlətmək, kimi də özünün təmizlənib şər-şəbədə işlərdən uzaq qalacağı qorxusuyla sosial həyata yaxın buraxmır.
Həcc həmişə orada qalır. Evə gəlmir. Mədəniyyət də bizim üçün belədir: həmişə orada qalan, evə gətirmədiyimiz bir mərtəbədir.
Əgər mədəniyyət bizim də sosial həyatımızda yerə və dəyərə sahib olsaydı, sosial həyatımızda baş verən dəyişiklər mədəniyyətimizdə də öz izini qoyardı. Amma qoymur. Üç əsr bundan əvvəlki azərbaycanlı ilə bugnükü azərbaycanlının mədəniyyətində heç bir yeni baxış bucağı fərqi yoxdur. Çünki mədəniyyət bizim üçün simvolik, ikonik invertar yığınıdır.
Bizdə yunanlardakı kimi nəinki şəhər həyatı, hətta bütün ölkə həyatı çöksə və yaxud əksinə qalxsa, mədəniyyətimizin, umumiyyətlə, bundan xəbəri olmayacaq. Çünki o, bu çöküşü, yaxud qalxışı görməyəcək. Ona görə ki, sosial həyatımızın bir parçası deyil. Biz günlük həyatımızı mədəniyyətdən çox-çox uzaqda yaşayırıq.
Bəlkə də, o, sosial həyatımızdan uzaqda saxladığımız yerdə çoxdan ölüb, müqəvvasını düzəldib ortalıqda ora-buraya sürüyürük ki, özümüzü onun hələ yaşadığına inandıraq. Nə bilim, bizdən nə desən gözləmək olar...
Digər Xəbərlər
04 Fevral 2026 14:41
Sabir Yusifoğlunun ŞEİRLƏRİ
04 Fevral 2026 12:29
Həyatı kinoya çevrilən aktrisa - Əntiqə Kərimzadə yazır…
04 Fevral 2026 10:49
Əbülfət Mədətoğlu: OVQAT ŞEİRİ
03 Fevral 2026 15:47
“Qurd”a çevrilən Cəbrayıl - Əntiqə Kərimzadə yazır...
03 Fevral 2026 13:42
Azad Məhəbbət, Nişan Üzüyü və Antiprofanasiya Günü - Pərvanə BAYRAMQIZI yazır
03 Fevral 2026 12:36
“Bakıda Mirzə Cəlilin əzəmətli heykəli qoyulmalıdır...”
03 Fevral 2026 11:20
Kövşən iyi və ya kənd yaddaşının poetikasına baxış
03 Fevral 2026 10:47


Bakı -°C

