BİZİM PAYIMIZA ÇATASI OLUB,
TƏSƏLLİ BİR QAŞIQ, ÜMİD BİR QAŞIQ
Hətta ili də yadımdan çıxıb. Bir ara camaatı sevindirdilər ki, respublikanın var-dövlətindən, mal-mülkündən hamıya pay düşür.
Yenə yadımdan çıxıb, deyəsən adam başına iki, ya dörd dənə özəlləşdirmə çeki verirdilər. Həmin vaxt çeklərin qiyməti qalxdı 50 dollara. Camaatın bir parası başa düşdü ki, ölkənin var-dövlətindən, mal-mülkündən onlara pay düşəcəyi Təhmasibin yazdığı «Azərbaycan nağılları»dı. Apardılar bazarda satdılar, müəyyən oliqarxlar da həmin çekləri yığdılar, sonra da ölkənin var-dövlətini, mal-mülkünü həmin mənasız çeklərin adı ilə keçirtdilər ələ, camaata da qoz düşdü, çürük qoz.
Bizə də vermişdilər, dostlar dedi ki, sat getsin, dedim satmıram, xatirə kimi saxlayacam. Amma sonra ermənilər Ağdamda xatirələrimi yandırdığı kimi, bizimkilər də bu xatirəmin içinə oturdular.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:45
Əri öldü, biskvit qutusundan sərvət tapdı
16 Sentyabr 2026 10:29
Nədən bizim televiziyalarda ingilis və rus dillərində...
16 Sentyabr 2026 08:58
Nostradamusun 500 illik sirri yenidən gündəm oldu
15 Sentyabr 2026 18:06
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTOLAR
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C

