Blinken demişdi ki, Tehran-Bakı konflikti olsa... – Sərkisyan

ABŞ Bakıya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək. Çünki Azərbaycan ABŞ üçün Ermənistandan az əhəmiyyətli ölkə deyil – bəlkə də daha vacib ölkədir.
Adalet.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sərkisyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, ABŞ Dövlət katibinin “İran və Azərbaycan arasında konflikt olacağı təqdirdə ABŞ Bakını dəstəkləyəcək” sözlərini unutmaq olmaz:
“Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, sadəcə, böyük oyunun tərkib hissələrindən biridir. Yəni Qərb Azərbaycana sanksiya tətbiq etməyəcək.
ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik yardımıdır. Məqsəd İranla dəniz sərhədinin müdafiəsidir. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım göstərilib, bu, Ermənistan deyil, İrandan gələn təhdidə qarşı edilib”.
Digər Xəbərlər

İran parlamenti fövqəladə iclas keçirəcək

Boris Conson Odessada

Ərdoğanın baş müşaviri vəfat edib

Qayıq batdı - 100-dən çox insan öldü

Əhməd əş-Şaraa: Suriya xarici investisiyaların cəlb edilməsində maraqlıdır

Kamçatkada sunami təhlükəsi elan edildi

Türkiyə XİN başçısı: İlk dəfədir ki, Rusiya ilə Ukrayna arasında atəşkəs mümkündür
