BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırıq - Prezident
Azərbaycan BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinin təşkilinə hazırdır.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.
Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub.
Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:39
“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə - VİDEO
12 Sentyabr 2026 12:06
"Azərbaycan tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
12 Sentyabr 2026 11:22
“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
12 Sentyabr 2026 11:21
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13


Bakı -°C

