Boksçumuz Olimpiya Oyunlarının FİNALINDA
Azərbaycanın boksçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib.
Adalet.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib.
Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan boksçu Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).
Final görüşü avqustun 9-da baş tutacaq.
Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan A.Dominqes Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:14
Bolqarıstanda klub prezidenti güllələnərək öldürüldü
30 Sentyabr 2026 09:48
Jorje Jezuş Ronaldo ilə təcili danışıqlar apardı
30 Sentyabr 2026 09:16
40 oyundur uduzmurlar - İspaniya tarix yazdı
29 Sentyabr 2026 17:35


Bakı -°C

