adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2015 15:03
63248
RUBRİKA

“Bölgələrdə qanunların izah olunması istiqamətində iş aparmaq lazımdır” - Rubrika

Mandat. O hər kəsə qismət olmur. Gərəkseçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdəMilli Məclisə növbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlərolacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə"deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını,hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləribilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq vəmütləq özün biləsən.

Beləliklə rubrikamızın bugünkü qonağı  26 saylı Sabunçu birinci seçki dairəsinindeputatı Fazil Mustafadır

 

-Fazilmüəllim, 5 illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

 

-Milli Məclisin fəaliyyəti təbii ki, bir hüquqçu və siyasətçiolaraq mənim arzuladığım standartlardan çox uzaqdır. Bununla belə, səlahiyyətlərində çox geniş olmadığını düşünürəm. Sadəcə mövcud mexanizmlərdən daha səmərəliistifadə etmək mümkündür ki, burada da subyektiv amillər əsas rol oynayır. Məsələn,Hesablama Palatası ilə əməkdaşlığın yüksək səviyyədə olmaması, büdcə məsələlərinindaha geniş müzakirə olunmaması, bəzi müxalif çıxışlara qarşı dözümsüzlük kimihalların olması xoşagələn deyil. Hər halda düşünürəm ki, Milli Məclisdədeputatların potensialından daha çox faydalanmaq olardı.

 

-Bu müddət ərzində hansıproblemin həlli sizi daha çox sevindirib?

 

-Hələ ki, xüsusiolaraq sevinc keçirdiyim məsələni xatırlamıram. Hər halda faydalı qərarların daqəbul olunduğunu etiraf etmək lazımdır.

 

-MANDAT-ını qazandığınız seçicilərinhəll olunmamış problemi kimi nələri sadala bilərsiniz?


-Bilirsiniz, seçiciləri ümumi kateqoriyada götürüb, hansı biri üçün həll olunanməsələnin hamıya rifah gətirdiyini söyləmək doğru olmazdı. Bu gün əvvəlki illərdənfərqli olaraq, su, qaz, elektrik çəkilişi ilə bağlı dövlət tərəfindən geniş işlərgörüldüyünə görə, əsas şikayətlər daha çox pozulmuş hüquqlarla bağlı olur.Burada isə məhkəmlərin, dövlət qurumlarının əvəzinə deputatın ədaləti bərpa etməsiolduqca mürəkkəb məsələdir. Biz problemlərin mümkün qədər həllinə çalışırıq, nəyəsənail olmayanda, özümüz də əzab çəkirik. Ona görə də ümumi qaydada hüququn işləməməsideputatı da çətin vəziyyətdə qoyur. Hər halda müraciət olunan bütün məsələlərədiqqətlə yanaşdığımı söyləyə bilərəm

-Qarşıdan gələn parlament seçkilərindəiştirak etmək niyyətiniz varmı?

- Belə bir niyyətim var.

-Azərbaycan Milli Məclisində aktiv olanmillət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir.Bunun səbəbi nə ilə əlaqədardır?

-Hər kəs öz vicdanı qarşısında hesabat verir. Seçilmisənsə, maaş alırsansa,xalqa xidmət etmək vəzifəsini qəbul etmisənsə, buyur, bunun haqqını ver. Onagörə də səbəbləri hər kəsin fərdi xarakterində, məsuliyyət duyğusunda axtarmaqlazımdır.

-Azərbaycan Milli Məclisini regiondayeri və rolu barəsində nə deyə bilərsiniz?

-Regionlarla əlaqəmiz xeyli zəifdir. Hətta mən düşünürdüm ki, AzərbaycanParlamentinin 2008-ci ildə açılışını Gəncədə keçirəcəyik, təəssüf ki, bu daolmadı. Mütləq bölgələrdə parlamentin tanıdılması, qanunların izah olunmasıistiqamətində iş aparmaq lazımdır. Çünki parlament dövlətin ən vacibatributlarından biridir.

 -Adətən Millət vəkilləri ilə İcraHakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə busarıdan nə kimi problemlər var?

 -Mənim bütün dövlətqurumları ilə normal münasibətlərim var, göndərdiyim sorğulara vaxtında cavabverirlər. Təbii ki, icra qurumlarının fəaliyyətində nöqsanlar var, ancaq bizbunları konflikt yaratmaqla deyil, problemi həll etməklə çözməyə çalışırıq.