23 Oktyabr 2024 16:09
525
SİYASƏT

Böyük Britaniya XİN: Bakıda COP29-da görüşənədək

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) tərəflər iqlim dəyişikliyi ilə mübarizə aparmaq və iqlim böhranından zərər çəkənlərə kömək etmək üçün iddialı maliyyə hədəfinə nail olacaqlar.

Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Beynəlxalq iqlim maliyyəsi işləyir. Lakin iqlim böhranının ön cəbhəsində olan inkişaf etməkdə olan ölkələrə mühüm yardım göstərmək üçün daha çox iş görülməlidir. Bakıda görüşənədək”, - paylaşımda qeyd edilib.