Böyükağa Şükürovun müəmmalı ölümü… – İş yenidən araşdırılacaq
Ötən ilin noyabrında “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.
Adalet.az “Qafqazinfo-ya istinadən bildirir ki, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.
Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib.
Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov müraciətində onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi. Q.Şükürov və digər yaxınları toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı dövlət rəhbərliyinə müraciət edib.
Digər Xəbərlər
20 Aprel 2026 10:45
Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı
18 Aprel 2026 13:03
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51


Bakı -°C

