Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Bu barədə Adalet.az yerli G1 telekanalına istinadən məlumat verir.
Məlumata görə, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub.
Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub.
Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33
Bu ərazi də PKK-dan təmizlənir – TARİXİ PRORSES BAŞLADI
12 Sentyabr 2026 13:02


Bakı -°C

