13 Avqust 2024 10:42
914
İQTİSADİYYAT

"Brent" ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,69% azalaraq 1 barelə görə 81,73 ABŞ dolları təşkil edib.

Adalet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,6% azalaraq 1 barelə görə 79,58 ABŞ dolları təşkil edib.