Britaniya Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır - Səfir
Kibertəhlükəsizlik xidmətləri üzrə dünyada lider olan Böyük Britaniya bu sahədə Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır.
Adalet.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old (Fergus Auld) Bakıda keçirilən “UK Cybersecurity Expo” sərgisinin açılışında deyib.
“Kiberhücumların kritik infrastrukturu hədəf aldığı, iqtisadiyyatımızı və cəmiyyətimizi təhdid etdiyi bir vaxtda bu təhlükələrlə mübarizə çox vacibdir. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev kibertəhlükəsizliyin inkişafını Azərbaycanın əsas prioritetlərindən birinə çevirib. Böyük Britaniya isə yaxın tərəfdaş kimi bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır”, - səfir bildirib.
Xatırladaq ki, tədbirdə Britaniyanın kibertəhlükəsizlik şirkətlərinin nümayəndələri iştirak edirlər. Onlar bu sahədə imkanlarını nümayiş etdirmək və yerli şirkətlərlə tərəfdaşlıq əlaqələri qurmaq üçün sərgiyə qatılıblar.
Digər Xəbərlər
17 Sentyabr 2026 20:07
İlham Əliyevin TDT ölkələrinin rəsmiləri ilə görüşündən ƏSAS MESAJLAR- FOTOLAR
17 Sentyabr 2026 19:26
Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirildi
17 Sentyabr 2026 19:17
DTX rəisi Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransında iştirak etdi
17 Sentyabr 2026 17:21
Ceyhun Bayramov Casurbek Çoriyevi qəbul edib
17 Sentyabr 2026 17:09
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
17 Sentyabr 2026 16:40
“Bu o demək deyil ki, biz arxayınlaşmalıyıq” - İlham Əliyev
17 Sentyabr 2026 16:07
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 14:28


Bakı -°C

