26 Mart 2025 09:57
441
DÜNYA

Britaniya hökuməti hərbi xərclərini artıracaq

Böyük Britaniya hökuməti yeni maliyyə ilində (6 aprel 2025-ci ildən 5 aprel 2026-cı ilə qədər) hərbi xərcləri ÜDM-in 2,36%-nə qədər artıracaq.

Adalet.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, martın 26-da ölkənin maliyyə naziri Reyçel Rivs İcmalar Palatasında müdafiə büdcəsinin 2,2 milyard funt sterlinq (2,9 milyard dollar) artacağını və növbəti maliyyə ilində ümumi müdafiə xərclərin ÜDM-nin təxminən 2,4%-nə çatdırılacağını elan edəcək.

Belə ki, bu vəsait beynəlxalq humanitar yardım proqramlarından götürüləcək.

Böyük Britaniyanın baş naziri Kir Starmer fevralın 25-də ölkənin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in hazırkı 2,3%-dən 2,5%-ə çatdırılacağını bəyan edib. O, Londonun 2029-cu ilin avqustundan gec olmayaraq seçkilərin keçiriləcəyi növbəti parlamentdə hərbi xərclərin ÜDM-in 3%-nə qədər artırmağı planlaşdırdığını vurğulayıb.