Bu adların dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Layihəyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunudşa qəbul edilib.
Nicat
Digər Xəbərlər

Rəqabətin məhdudlaşdırılmasına görə cərimələrlə bağlı yeni qayda

İpotekaya dair tələblərlə bağlı yeni qayda tətbiq ediləcək

Bina tikintisi ilə bağlı daha bir tələb qoyulur

Belə getsə...

Gömrük daxilolmalarında azalmanın səbəbləri nə ola bilər?

Pensiyalar ilə yeni qaydalar təsdiq olundu: pensiya məbləğlərinə necə təsir göstərəcək?

“İqtisadiyyatda gəlir gətirən sahələr kifayət qədər olanda...” - İqtisadçı
