Gömrük daxilolmalarında azalmanın səbəbləri nə ola bilər?
“Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan biri də DGK xətti ilə dövlət büdcəsinə daxilolmalarının azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar–sentyabr aylarında DGK xətti ilə büdcə daxilolmaları 4 milyard 748 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, proqnozdan isə 1,6% azdır. Lakin azalmanın səbəbləri barədə DGK-ın hər hansı açıqlaması olmadığı üçün azalma ilə bağlı yalnız ehtimal olunan izahları qeyd etmək mümkündür”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ən çox ehtimal olunan səbəb kimi idxal həcmlərinin azalmasını qeyd etmək olar:
“Adətən iqtisadi inkişaf mərhələsindəki ölkələrdə idaxl azalırsa bunun səbəbi, qlobal bazarlarda qiymətlərin stabilləşməsi, yerli istehsalın artması və bəzi məhsullar üzrə idxal əvəzlənməsi olur. İdxalın azalmasının digər səbəbi isə iqtisadi yox, inzibati faktorlarla bağlı olur. Məsələn büdcə xərclərinə nəzarətin gücləndirilməsi məqsədilə inzibati tənzimləmələrlə əlaqələndirilə bilər. Gömrük daxil olmalarının azalmasılnın nəzəri olaraq ikinci səbəbi manatın sabit məzənnəsi şərtləri daxilində ticarət strukturundakı dəyişikliklər ola bilər. Yəni idxalda dəyəri yüksək, amma gömrük rüsumu aşağı olan malların payı arta bilər. Eyni zamanda gömrükdə güzəştlərinin geniş tətbiqi də nəzəri olaraq daxil olmaları azaldan səbəb kimi qeyd etmək olar. Bu güzəştlər xüsusilə işğaldan azad edilmiş ərazilər, azad iqtisadi zona və sənaye parkları çərçivəsində icra edilir. Amma həm də bu azalma qısamüddətli tendensiya da ola bilər. Belə olarsa, ticarət dövriyyəsinin növbəti aylardakı dinamikası ilə göstəricilərin yenidən artması ehtimalı vardır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Yanvar 2026 09:54
Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək
11 Yanvar 2026 15:43
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI - FOTOLAR
09 Yanvar 2026 16:14
Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salındı
09 Yanvar 2026 12:15
Azərbaycanın neft hasilatının azalması təsadüfdür, yoxsa zərurət və bu proses hara gedir?
09 Yanvar 2026 10:49
"Azərbaycan regionda yaşıl enerji istehsalına ən çox sərmayə cəlb edən ölkədir"
09 Yanvar 2026 10:38
Uşağın anadan olmasına görə nə qədər birdəfəlik müavinət verilib?
09 Yanvar 2026 09:56
Azərbaycan nefti bahalaşdı
08 Yanvar 2026 11:53


Bakı -°C

