"Bu, aztəminatlı ailələrin sosial müdafiəsini yaxşılaşdıra bilər" - Ombudsman

"Aztəminatlı ailələrin maddi yardım asılılığından azad edilməsində əhəmiyyətli rolu olan özünüməşğulluq proqramına əlçatanlığın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac vardır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, özünüməşğulluğa cəlb edilən şəxsin aktivlərlə təmin olunması ilə bağlı müddətin müəyyən edilməsi, habelə özünüməşğulluğa cəlb olunmuş şəxsin aktivlərlə təmin olunmasına qədər onun məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi üçün məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.
"Ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətlərlə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün qanunvericiliklə son müddətin və ya müddət aralığının müəyyən olunması aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynaya bilər".
Nicat
Digər Xəbərlər

Ramazanın 9-cu günü: Dua, imsak və iftar vaxtı

8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında - FOTOLAR

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləyəcək?

Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı

Azərbaycanda yeni hərbi nizamnamələr hazırlanır

Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
