"Bu, əhalinin gəlirlərinin və yığımlarının dəyərsizləşməsinin qarşısını alır" - Baş bankir

"2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi 12 aylıq inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır. Məlum olduğu kimi, aşağı və stabil inflyasiya səviyyəsi əhalinin gəlirlərinin və yığımlarının dəyərsizləşməsinin qarşısını alır. Bu investisiya qoyuluşlarını da dəstəkləməklə iqtisadi aktivlik üçün əlverişli şərait yaradır. Növbəti ildə iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz iqtisadi artımın isə 5,1 faiz ətrafında olacağı proqnozlaşdırılır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, 2025-ci ildə də makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq:
"Bu səbəbdən pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Tədiyyə balansının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil olaraq qalır. Mərkəzi Bank monetar şəraitin uçot dərəcəsi vasitəsilə tənzimlənməsi üçün sərəncamında olan bütün alətlərdən istifadəni davam etdirəcək".
Nicat
Digər Xəbərlər
25 Oktyabr 2025 11:31 “İşğal dövründə Qubadlıya 2 milyarddan çox ziyan vurulub...”
25 Oktyabr 2025 11:27 Oktyabr ayının bütün ödənişləri yekunlaşıb
25 Oktyabr 2025 10:43 Azərbaycan nefti bahalaşdı
25 Oktyabr 2025 10:28 Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub
24 Oktyabr 2025 18:57 “Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək...”
24 Oktyabr 2025 09:50 Naxçıvanda istehlakçılara nə qədər ƏDV məbləği qaytarılıb?
23 Oktyabr 2025 17:37 Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır
23 Oktyabr 2025 16:17 

Bakı -°C 






