Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Adalet.az xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq.
Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.
Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Digər Xəbərlər

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydaları təsdiqləndi

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Baş nazir qəzalı binalarla bağlı tapşırıqlar verdi

Rövşən Rzayev vətəndaşların suallarını cavablandırdı - FOTOLAR

Mehriban Əliyeva Ağdərədən İlaxır çərşənbəsi ilə bağlı paylaşım etdi

Türk jurnalist "Göy Məscidi"i və İrəvanı türk tarixi adlandırdı:Snell qəzəbləndi
