Bu gün "Real" "Siti"ni qəbul edəcək
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Adalet.az xəbər verir ki, 2-ci oyun günündə 4 cavab görüşü keçiriləcək.
Günün maraqla gözlənilən matçlarından biri "Santyaqo Bernabeu"da oynanılacaq. İlk görüşdə qələbə qazanan "Real" evdə "Mançester Siti"ni qəbul edəcək. Erkən final da adlandırılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
PSJ "Brest"lə, "Yuventus" PSV ilə, Dortmund "Borussiya"sı isə "Sportinq"lə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, bunadək "Feyenoord", "Bavariya", "Brügge" və "Atalanta" 1/8 finala adlayıb.
1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)
(İlk oyun - 3:0)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)
(İlk oyun - 1:2)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa)
(İlk oyun - 3:0)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
(İlk oyun - 3:2)
Digər Xəbərlər
30 Aprel 2026 13:00
Azərbaycanın U-17 millisi Pakistan yığmasına qalib gəldi
30 Aprel 2026 12:45
"Bu ənənələri yaşadırıq" - İlham Əliyev
30 Aprel 2026 12:36
Prezident çempion olan güləşçiləri qəbul etdi - YENİLƏNİB + FOTOLAR
30 Aprel 2026 11:30


Bakı -°C

