Bu gündən I siniflərə şagird qəbuluna başlanılır
Bu gündən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.
29 aprel 2021-ci il tarixindən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq.
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.
Digər Xəbərlər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17


Bakı -°C

