27 Avqust 2025 10:59
107
MƏMLƏKƏT

Bu halda sosial ödənişlərinizi ala bilməyəcəksiniz

Şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmir. 

Adalet.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib.

O bildirib ki, Fondun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır:

“Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil. Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun”.