Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.
Sədr müavini vurğulayıb ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib:
"Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq",-deyə o əlavə edib./trend.az
Digər Xəbərlər
24 Iyun 2026 20:45
Bank kartları ilə bağlı problem aradan qaldırıldı - RƏSMİ
24 Iyun 2026 19:39
Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkilinə dair seminar keçirilib
24 Iyun 2026 18:28
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
24 Iyun 2026 15:58


Bakı -°C

