Bu il tibbi xidmət göstərilən şəhid ailələrinin sayı açıqlandı
2025-ci ilin 3 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 3 480 şəhid ailəsi üzvü 11 651 tibbi xidmət üçün müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, bu müraciətlər əsasında şəhid ailə üzvlərinə 40 681 müxtəlif adda tibbi xidmət göstərilib.
Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.
“YAŞAT” fondu tərəfindən Hepatit B, C, onkoloji xəstəliklərdən əziyyət çəkən şəhid ailəsi üzvü olan vətəndaşların dərman vasitələrilə təmin olunmaları üçün 21 vətəndaş müraciəti araşdırılıb və müvafiq qaydada yönləndirilib.
TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzindən daxil olmuş 250 müraciət araşdırılaraq cavablandırılıb.
"Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri və o cümlədən müharibə iştirakçıları ilə iş üzrə 164 nəfər koordinator çalışır.
Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən şəhid ailə üzvləri və o cümlədən müharibə iştirakçılarının müraciətinin ilk olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinin aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.
Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə mütəmadi zənglərin olunması, bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib".- deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
19 Yanvar 2026 14:56
Su çiçəyinə yoluxmada artım olub
15 Yanvar 2026 12:57
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23


Bakı -°C

