Bu körpü sökülür
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub.
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Verilən məlumata görə, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu müddət ərzində təhlükəsizlik məqsədilə Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, avtomobillər isə alternativ marşrut üzrə istiqamətləndirilib. Alternativ yol üzrə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili üçün aidiyyəti dövlət qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir, əraziyə davamlı nəzarət təmin olunur.
Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.
Digər Xəbərlər
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28


Bakı -°C

