“Bu oyuna köklənmək bir az çətin idi” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Adalet.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram.
Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni “Braqa” ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, "Qəbələ" ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki "Braqa" ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib “Qəbələ” ilə oynamalıyıq.
Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq”.
Digər Xəbərlər
29 Sentyabr 2026 11:26
“Xankəndi”nin baş məşqçisi təyin edildi
28 Sentyabr 2026 19:50
"Sumqayıt" amerikalı basketbolçunu heyətinə qatdı
28 Sentyabr 2026 18:28
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
28 Sentyabr 2026 17:58
“Parma” baş məşqçisi ilə yollarını ayırdı
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48


Bakı -°C

