07 Avqust 2024 11:56
104
MƏMLƏKƏT

Bu rayonda işıq olmayacaq

Bu gün Xaçmaz rayonunun Yalama, Xanoba, Ləcət, Gilahoba, Yaquboba, Düztahiroba, Ukuroba, Tel, Ortaoba kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq.

Adalet.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, rayonda elektrik enerjisinə artan tələbat nəzərə alınaraq "Yalama" 110/35/10 kV-luq yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq.