Bu rayonlara qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, hava şəraiti arabir yağıntılı keçib, dağlıq ərazilərə qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 6, Astarada 5, Oğuz, Qəbələdə 4, Balakən, Neftçalada 3, Şamaxı, Sabirabad, Zaqatala, Bakı və Abşeron yarımadasında 2, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, İsmayıllı, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Şəmkirdə 1 mm olub.
Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 6, Şahbuz, Qrızda (Quba) 5, Daşkəsən, Altıağac, Xaltan, Qobustanda 1 sm-dir.
Yanvarın 6-da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Göyçay, Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər

Azərbaycana yaz fəsli bu tarixdə daxil olacaq

"Azərbaycan hökuməti bu qədər böyük ərazidə yeni ölkə qurur" - Vitse-spiker

Xocalının Ballıca kəndinə növbəti köç yola salındı

Bu il dəniz suyunun duzsuzlaşdırılmasına başlanılacaq
jpg-1741930229.jpg)
90 il türkə nifrətlə yaşayan tarixçi-alimin 70 illik "antitürk" fəaliyyəti

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edildi

Dumanlı hava şəraiti sabahadək davam edəcək - FAKTİKİ HAVA
