adalet.az header logo
  • Bakı -°C
13 May 2026 16:13
74
ŞOU-BİZNES
A- A+

Bu səs hər kəsi heyran qoydu - İlkin Dövlətovun möhtəşəm konserti - FOTOLAR

9 may tarixində Opera Studiyasında baş tutan möhtəşəm musiqi gecəsi tamaşaçılara unudulmaz anlar yaşadıb. Gənc ifaçı İlkin Dövlətovun səhnə sevgisi, illərin zəhməti və sənətə olan bağlılığı həmin gecədə bir daha öz əksini tapıb. Konsert boyunca səhnədə nümayiş olunan yüksək enerji, duyğusal ifalar və tamaşaçıların sürəkli alqışları gecəyə xüsusi rəng qatıb.

Adalet.az xəbər verir ki, tədbirin təşkilatçıları bildiriblər ki, təqdim olunan rəsmi “Bir Cavan” tizeri həmin gecənin həyəcanını və emosional atmosferini tamaşaçılarla yenidən bölüşmək məqsədi daşıyır. Layihənin yaxın zamanda daha geniş və təsirli təqdimatlarla davam edəcəyi vurğulanıb.

Layihənin ərsəyə gəlməsində “Safarli Production” yaradıcı heyəti – Adil Rəkidi, Rabil Səfərli, Eminquey Akif və Elvin Hümbətov xüsusi rol oynayıb. Konsert proqramında “Vətən” rəqs qrupu və “Ramil Amarok” group rəqs performansları ilə çıxış edib.

Musiqi hissəsində “Flame” band, Talo & Orxan, “Nəva” muğam qrupu, Elvin Fəttayev və Elşən Qəriboğlu səhnə alıblar. Çəkiliş işləri “S/A” group tərəfindən həyata keçirilib, fotoqraf kimi isə Vüsal Mürsəlov fəaliyyət göstərib.

Bundan əlavə, qrim üzrə Vüsalə Mustafayeva, səs üzrə Xəyyam Sultanov, işıq üzrə Fərid Dünyamalıyev layihəyə töhfə verib. Tədbirin qida dəstəyi “Nurfood” tərəfindən təmin olunub.

Layihəyə informasiya dəstəyi İctimai TV, ARB TV, Mədəniyyət TV, ATV və MTV tərəfindən göstərilib. “1CAONE” by Rabil Safarly imzasını daşıyan layihə komandası gələcəkdə daha böyük və yaddaqalan səhnə işləri ilə tamaşaçıların qarşısına çıxacaqlarını bildirib.