adalet.az header logo
  • Bakı -°C
13 May 2026 16:31
92
SİYASƏT
A- A+

Slovakiya Milli Şurasının sədri Qarabağa səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova 2022-ci ildə qonağın Azərbaycana deputat kimi səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizə getməsini məmnunluqla qeyd edib və bu dəfə həmin ərazilərə səfər zamanı orada aparılmış quruculuq işlərinin qonaqlarda dərin təəssürat yaradacağına əminliyini bildirib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə səfəri və bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya səfərinin Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşdə qonaq iki ölkə arasında iqtisadi, təhsil, mədəniyyət, müdafiə sənayesi, enerji təhlükəsizliyi və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Slovakiya Respublikası Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiya Milli Şurasının sədri Rixard Raşi imzalayıblar.