Bu tarixdən Laçına müntəzəm avtobus reysi açılır
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr 2024-cü il tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Adalet.az xəbər verir ki, reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

