Bu tarixədək Zəngilanda 104 ailənin məskunlaşması ücün mənzillərin hazır olması nəzərdə tutulur

Zəngilan şəhərində tikinti və yenidənqurma işləri şəhərin baş planına əsasən davam edir. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin "SA partners" şirkəti tərəfindən hazırlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəst Cəfərov jurnalistlərə açıqlamasında bildirib. Qeyd edilib ki, Zənginlan şəhərinin tikinti işlərinin aparılması planlaşdırılan ümumi ərazisi təqribən 333 hektardır: “Hazırda ilk yaşayış məhəlləsi üzrə 8 ədəd 2 mərtəbəli "Townhouse" tipli yaşayış mənzillərinin və 4 ədəd 3 mərtəbəli binaların tikintisinə başlanılıb. Bu ilin sonuna qədər 104 ailənin məskunlaşması ücün mənzillərin hazır olması nəzərdə tutulur.
Bundan əlavə, növbəti yaşayış məhəlləsi üzrə 8 binadan ibarət 176 mənzilin, 12 binadan ibarət 138 mənzilin və 87 ədəd "Townhouse" tipli yaşayış mənzillərinin layihləndirmə işləri davam edir. 317 ailənin dayanıqlı məskunlaşması üçün layihələndirilən yaşayış kompleksinin tikintisi ilin sonuna planlaşdırılır".
Zəngilan rayonunda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətininin təşkil etdiyi brifinqdən sonra jurnalistlərin rayon mərkəzində inşa olunan ilk yaşayış kompleksinə səfəri təşkil olunub.
Digər Xəbərlər
27 Oktyabr 2025 16:07 Güclü külək əsəcək – Sarı xəbərdarlıq
27 Oktyabr 2025 15:33 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Oktyabr 2025 12:40 Sabahın HAVASI
27 Oktyabr 2025 12:01 Azad edilmiş ərazilərdə daha 226 mina aşkarlandı
27 Oktyabr 2025 11:33 Bu rayonlara qar yağıb - Faktiki hava
27 Oktyabr 2025 10:15 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi - VİDEO
27 Oktyabr 2025 10:00 Soğan anbarlarda qalıb - Fermerlər məhsulun ucuzluğundan gileylənirlər - VİDEO
27 Oktyabr 2025 09:55 

Bakı -°C 






