Bu universitetə magistr qəbulu ləğv edildi
2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu üzrə plan yeri nəzərdə tutulmayıb.
Adalet.az Modern.az-a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturaya 30 plan yeri ayrıldığı halda, bu il qəbul planı sıfıra endirilib. Beləliklə, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə 100 faiz azalıb.
Məlumat üçün qeyd edək ki, 2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında Muxtar Respublikada yerləşən digər ali təhsil ocağı - Naxçıvan Dövlət Universiteti üzrə artım qeydə alınıb. Belə ki, universitet üzrə magistraturaya qəbul planı 299 yerdən 355 yerə yüksəlib ki, bu da 56 yer və ya 18,73 faiz artım deməkdir.
Digər Xəbərlər
23 Iyul 2026 18:07
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
23 Iyul 2026 17:29
Sabah bütün müavinət, təqaüd və sosial yardımlar ödəniləcək
23 Iyul 2026 16:59
İşçilərin ezamiyyə qaydalarında dəyişiklik edildi
23 Iyul 2026 16:15


Bakı -°C

